Rusiyada Surqut-Moskva reysi ilə uçan sərnişin təyyarəsi naməlum şəxs tərəfindən qaçırılıb.
Bizimaz.az xəbər verir ki, sərnişinlərdən biri pilotlardan təyyarəni Əfqanıstan istiqamətinə döndərməyi təklif edib.
Hazırda təyyarə Xantı-Mansisysk aeroportuna enib. Məlumata görə, sərnişinlər həmin şəxsi təyyarənin yanacaqla doldurulması məsələsində razı sala biliblər.