Xəbər lenti

PKK terror təşkilatı Menbiçdə törədilən partlayışa görə Türkiyənin əleyhinə təbliğata başlayıb.

 

Bizimaz.az Avropa.info-a istinadən  xəbər verir ki, terrorçuların yalan xəbərinə istinad edən İran televiziyası özünü biabır edib.

İranın yalan xəbəri yaymasıyla terrorçuların cəfəngiyyatı deşifrə olub. Belə ki, PKK-ın yaydığı yalan xəbərdə “MİT-in əmri ilə Menbiçdə yeni terror aktı hazırlayan şəxsi yaxaladıq” sərsəmləməsi qeyd olunurdu.

PKK terror təşkilatının yalan təbliğatı Rusiyanın “Sputnik” agentliyində və İran Press TV-də yayımlanıb. Bu yalan xəbəri yayımlayan PKK terrorçuları həmin terror aktını törədən şəxsin “foto”sunu da xəbərə əlavə edib. Fotoda isə məşhur “Qurdlar vadisi” serialının qəhrəmanı Polad Ələmdar əks olunub.

Sosial şəbəkələrdə oxucular tərəfindən çoxsaylı iradlar gəldikdən sonra media qurumları xəbəri silmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Menbiçdə partlayışın məsuliyyətini İŞİD öz üzərinə götürüb. Mənbicdə bir kafedə törədilən partlayış nəticəsində 4 ABŞ əsgəri ölmüş, yaralananlar olmuşdu.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov