Xəbər lenti

 

Serbiyanın prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putinə Paşa ləqəbli dörd aylıq Şar-dağ çoban iti küçüyünü hədiyyə edib.

 

Bizimaz.az bildirir ki, Oxu.Az RİA Novostiyə istinadən məlumat verir ki, bu cinsdən olan itlər iri bədəni, soyuğa qarşı dayanıqlığı və qurdlarla və ayılarla mübarizədə qorxmazlığı ilə tanınır.

Şərəfinə adlandırıldığı Şar-dağ massivi Kosovo və Metaxiya muxtar bölgəsinin cənubunda yerləşir və burada bu cinsdən olan itlər əsrlərlə çobanlar tərəfindən sürülərin qorunması üçün istifadə olunub. Qeyd olunur ki, bu ev heyvanı mötəbər nəsil-nəcabətdən gəlir. 

Şar-dağ çoban iti ağıllı və sadiq, lakin inadkar itdir. Böyüdüyü zaman onun çəkisi 40 kiloqrama qədər çatır.

V.Putin heyvanlara sevgisi ilə tanınır. Bundan əvvəl, ötən ilin oktyabrında Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammadov ad günü hədiyyəsi olaraq Rusiya federasiyasının prezidentinə “Vernıy” (sadıq - red.) ləqəbli alabay cinsinə aid küçük hədiyyə etmişdi.

2012-ci ildə güclü sunami və zəlzələnin fəsadlarını aradan qaldırmaqda əməkdaşlığa və göstərdikləri yardıma görə Yaponiyanın Akita prefekturasının qubernatoru Rusiya prezidentinə daha bir it hədiyyə edib. Akita-inu ov cinsinə aid küçüyə Yume (Arzu - red.) adı verilib. 2016-ci ilin dekabrında V.Putin Kremldə yapon jurnalistlərə müsahibə verən zaman Yumeni özü ilə aparıb.  

2010-cu ildə Bolqarıstanın baş naziri olduğu zaman Boyko Borisovrusiyalı liderin Sofiyaya səfəri zamanı ona karakaçan cinsindən olan it (bolqar ov iti - red.) təqdim edib. V.Putin rusiyalılardan küçüyə ad qoymağı təklif edib. Müsabiqənin qalibi küçüyə Baffi adını verən 5 yaşlı Dima Sokolov olub.

Daha əvvəl V.Putini Sergey Şoyqunun hədiyyə etdiyi Koni ləqəbli labrador iti müşayiət edib. O, V.Putinin Soçidə və Novo-Oqarevodakı şəhərkənarı iqamətgahlarındakı görüşlərinin iştirakçısı olub, evin içərisində rahat gəzə bilib və ona yemək verən jurnalistlərin olduğu otağa girməyi də çox sevib.

21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov