Xəbər lenti

 

Almaniyanın 8 aeroportunda təhlükəsizlik xidməti əməkdaşları növbəti dəfə tətil keçirirlər.

 

Tətillər Bremen, Hamburq, Hannover, Drezden, Leypsiq, Münhen, Erfurt və ölkənin ən iri hava limanı Frankfurtda keçirilir.

Qeyd olunur ki, bu aksiya ümumilikdə 220 min sərnişinə təsir göstərəcək.

Səhər saatlarından etibarən başlayan tətil müxtəlif saatlarda – yerli vaxtla saat 18:00 və 00:00 saatları arasında dayandırılacaq.

Hələlik nə qədər reysin təxirə salınacağı məlum deyil. Təkcə Frankfurtda 1200 planlaşdırılmış reysdən 570-i təxirə salınıb.

Təhlükəsizlik xidmətinin əməkdaşları əmək haqlarının artırılmasını tələb edir.

Trend xatırladır ki, ötən həftə 5 aeroportda keçirilmiş tətil nəticəsində 500-dən çox reys təxirə salınmışdı.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov