Xəbər lenti

 

 Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Güler və Quru Qoşunları Komandiri Ümit Dündar Suriya sərhədinə gediblər.

 

Generallar Suriya sərhədində yerləşən qoşun birliklərində yoxlamalar keçiriblər.

Şanlıurfa valisi Abdullah Erin ilə görüşən Akar və qoşun komandirləri yoxlanışdan sonra şəhərdən ayrılacaqlar.

Aznews.az bildirir ki, müdafiə naziri Hulusi Akar səfəri haqda açıqlama verib: “Qarşımızda Menbiç, Fəratın şərqi var. Bununla bağlı lazım olan planlar hazırlandı. Hazırlıqlarımız davam edir”.

“Yeri və zamanı gələndə əvvəlki əməliyyatlara bənzər şəkildə buradakı terroristlər də qazdıqları çuxurlara basdırılacaqlar. Tək hədəfimiz terrorçulardır. Ət və dırnaq kimi olduğumuz kürd qardaşlarımzla heç bir problemimizin olmadığını ağlı olan hamı bilir”,-deyə Akar vurğulayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov