Xəbər lenti

 

Gürcüstanın Ninotsminda rayonundan (Samtsxe-Cavaxetiya regionu) Ermənistana gedən yol bağlanıb. Güclü qar, çovğun və külək səbəbindən yolda bütün növ avtomobillərin hərəkəti qadağan edilib. Bu barədə Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, Axalkalaki şəhərindən Türkiyə sərhədindəki Kartsaxi kəndinə qədər olan yol da bağlanıb. Bu yolda da Türkiyəyə gedən bütün növ avtomobillərin hərəkətinə qadağa qoyulub.

Güclü qar, külək və çovğun səbəbindən Gürcüstanın dövlət əhəmiyyətli bir sıra yollarında da avtomobillərin hərəkəti dayandırılıb. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov