Xəbər lenti

 

2016-cı ilin yayında indiki ABŞ prezidentı Donald Trampın seçki qərargahının nümayəndələri və  oğlu kiçik Donaldla görüşən rusiyalı vəkil Natalya Veselnitskaya barəsində cinayət işi qaldırılıb.


Bizimaz.az Virtualaz.org-a istinadən xəbər verir ki, adı xüsusi prokuror Robert Müllerin Rusiya təhqiqatında keçən Veselnitskaya bu dəfə başqa iş üzrə ədalətə maneçilik yaratmaqda ittiham olunur. Onun barəsində Nyu-York prokurorluğu ittiham irəli sürüb və axtarışa verib.

Yanvarın 8-də açıqlanmış ittihamnamədə deyilir ki, Natalya Veselnitskaya vergi iadəsi fırıldağı ilə bağlı mülki məhkəmə işində hakimə yanlış ifadələr verib. ABŞ İmmiqrasiya və Gömrük Xidməti Daxili Təhlükəsizlik Təhqiqatları bölümünün Nyu York ofisinin rəhbəri Angel M. Melendez deyib ki, Veselnitskaya ABŞ müstəntiqlərinə bilərəkdən yanlış məlumatlar verməsi ilə bağlı bundan sonra Birləşmiş Ştatlarda axtarışda olan şəxs hesab edilir.

 

Veselnitskaya məhkəmə işində Rusiyanın nəzarətində olan və 2017-ci ildə ABŞ hakimiyyət orqanları tərəfindən 230 milyon dollarlıq vergi fırıldağında ittiham edilən, habelə sonradan bu işin məhkəmədən kənar həlli üçün 6 milyon dollar cərimə ödəməyə razılaşan “Prevezon Holdings Ltd”  daşınmaz əmlak firmasını təmsil edib.

Xatırladaq ki, prezident Tramp xüsusi prokuror Robert Müllerə yazılı ifadəsində 2016-cı ilin iyununda böyük oğlu Donald Tramp və kürəkləni Jared Kuşnerin  “Trump Tower otelində”, aralarında Veselnitskaya da olan bir qrup rusiyalı ilə görüşü barədə məlumatsız olduğunu iddia edib. Həmin görüşün azərbaycan əsilli rusiyalı biznesmenlər-ata-oğul Araz Ağalarov və Emin Ağalarovun köməyi ilə təşkil olunduğu məlumdur. Danışıqlara əsasən Veselnitskaya Trampın adamlarına Hillari Klinton barədə kompromatlar verməliydi. Həmin kompromatları isə Amerika KİV-lərinə məlum olduğuna görə baş prokuror Yuri Çayka Araz Ağalarova ötürmüşdü. Lakin görüş baş tutanda məlum olub ki, rusiyalı vəkildə heç bir kompromat yoxdur. Bununla belə Hillari Klinton barəsində kompromat əldə etmək məqsədi ilə “Kremlin gizli agenti” ilə görüş faktının özü xüsusi prokurorun araşdırma predmetidir.

Veselnitskaya Rusiya hökumətinin adından fəaliyyət göstərdiyini inkar edir.

“The Bell” prokurorluq sənədlərinə istinadən yazır ki, Veselnitskaya hansısa yüksək rütbəli rusiyalı prokurorun köməyi ilə “Prevezon Holding” şirkəti üzərindən çirkli pulların yuyulması barədə təhqiqata mane olmağa çalışıb. Həmin Kipr şirkətinin sahibi “Rusiya Dəmir Yolları”nın vitse-prezidentinin oğlu Denis Katsıvdır.

Həmin şirkətə qarşı təhqiqat 2013-cü ildə “Hermitage Capital Management” fondunun rəhbəri Uilyam Brauderin ərizəsi əsasında başlamışdı.

Nyu-York prokurorluğunun ittihamı əsasında Veselnitskayanı 10 ilə qədər həbs gözləyir. Onun hazırda Rusiyada yaşadığı güman olunur.

21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov