Xəbər lenti

d4f9e2a1-e41a-45c5-a299-d6f4237359d7
ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti görüş Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilə bilər.

 

Bizimaz.az bildirir ki, Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

İki ölkənin nümayəndələrinin Hanoydakı görüşdə mümkün sammitin vaxtını müzakirə etdiyi bildirilir.

Qeyd olunur ki, ABŞ tərəfi iki liderin görüşünün mümkün məkanı kimi İndoneziya, Monqolustan, Havay adalarını, eləcə də Şimali və Cənubi Koreyanın sərhədindəki Pxanmuncom sərhəd məntəqəsini nəzərdən keçirir.

Daha əvvəl D.Tramp Kim Çen In ilə yeni görüşü gözlədiyini bildirib.

ABŞ dövlət katibi Maykl Pompeonun sözlərinə görə, bu görüş 2019-cu ilin əvvəlində baş tuta bilər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov