ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A Poseidon kəşfiyyatçı-təyyarəsi Suriyanın Xmeymim bölgəsində Rusiyanın aviabazası üzərində kəşfiyyat uçuşu edib.
Bizimaz.az “Report” -a istinadən xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, təyyarə Suriya sahillərində bir neçə saat uçuş edərək Xmeymimə və Rusiya Hərbi Dəniz Donanmasının material-texniki təchizat bazasına yaxınlaşıb.
Məlumata görə, uçuş 5 min metr yüksəklikdən edilib.