"Xəstəxanaya 59 yaşımda düşmüşdüm, 50 yaşımda tərk edirəm".
Bizimaz.az-n məlumatına görə, bunu Argentinanın paytaxtı Buenos-Ayresdəki xəstəxanadan evinə buraxılan Meksikanın "Dorados" komandasının baş məşqçisi Dieqo Maradona "Telam"a açıqlamasında deyib.
Əfsanəvi futbolçu qorxulu hadisənin baş vermədiyini bildirib. Təcrübəli mütəxəssis hazırda səhhətinin ideal vəziyyətdə olduğunu söyləyib: "Səhhətimlə bağlı söz-söhbətlər yaratmağa cəhd edən insanlar var. Onlar hər zaman olublar. İndi mən "Dorados"a qayıdıram".
Qeyd edək ki, Dieqo Maradona ötən gün mədəsində qanaxma diaqnozu ilə Buenos-Ayres xəstəxanasına çatdırılıb.
Daha əvvəl Maradonanın "Dorados"un düşərgəsinə qatılmadığına dair xəbərlər yayılıb.