Xəbər lenti

"Səudiyyə Ərəbistanında jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı başlanan cinayət işinin araşdırılması yetərli səviyyədə aparılmır".

 

Bizimaz.az“Hürriyet”ə istinadən xəbər verir ki, bunu BMT İnsan Hüquqları Ali Komissarlığının Camal Qaşıqçının qətli ilə bağlı Səudiyyə Ərəbistanının apardığı istintaqın gedişinə dair yaydığı açıqlamada bildirilib.

BMT-nin qurumu araşdırmanın qaneedici olmadığını vurğulayaraq cinayət işini beynəlxalq istintaq tərəfindən aparmağa çağırıb.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçı 2018-ci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaçıqçının qətlə yetirilməsilə bağlı Ər- Riyad Cinayət Məhkəməsində ilk dinləmələrin keçiriləcəyini bildirib.

Məlumata görə, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı cinayət barədə proqramın yayınlanmasının dayandırılması üçün Krallığın vəliəhdi, şahzadə Məhəmməd bin Salman “Netflix”ə 2 milyard dollar rüşvət verib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov