Xəbər lenti

Bakı. 4 yanvar. REPORT.AZ/ İran Dəniz Qüvvələri İkinci Komandanlığı cari ilin mart ayından Atlantik okeanının qərbinə göndərəcək.

 

Bizimaz.az İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası Silahlı Qüvvələri dəniz qoşunlarının komandanı əvəzi, kontr-admiral Turac Həsəni-Müqəddəm bildirib.

Onun sözlərinə görə, ordunun bir eskadriyasının Atlantik okeanına göndərilməsi İran Ali Baş Komandanlığının göstərişinin icrası, ucqar sularda milli maraqların qorunması, “İranofobiya” planının zərərsizləşdirilməsi və dənizçilik xətlərinin təhlükəsizliyinin təmini edilməsi məqsədi daşıyır.

Komandan əvəzi bildirib ki, bu hərbi gəmi tapşırıq müddətində Yer kürəsini dolanacaq: ““Səhənd” helikopterdaşıyan esminesi Atlantik okeanında tapşırıq icra olunduğu müddətdə həmin gəmini müşayiət edəcək”.

Turac Həsəni-Müqəddəm bildirib ki, ordunun 59-cu eskadriliyası da hazırda Ədən körfəzində və Hind okeanının on dərəcəlik meridianında tapşırıq yerinə yetirir.

İranın bu addımına rəsmi Vaşinqton münasibət bildirməyib. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov