Xəbər lenti


Türkiyənin Yalova şəhərinin mərkəzində otellərin birində ölüm hadisəsi baş verib. 

 

Bizimaz.az Unikal.org-a istiadən xəbər verir ki, otelin müştərisi qaldığı otağın balkonuna çıxaraq özünü yerə atıb. Həmin anlar təhlükəsizlik kamerasında əks olunub. 

Hüquq-mühafiə orqanlarının araşdırmasından sonra, məlum olub ki, qaldığı otelin hamam otağında pəncərəni qıraraq biləklərini və boğazını  kəsən, adı krminal aləmdə hallanan azərbaycanlı H.Hüseynov  4-cü mərtəbədən özünü yerə atıb. Küçədəki dönər satılan yerin qarşısına yıxılan 30 yaşlı gəncə ətrafdakılar ilkin müdaxilə edib. Daha sonra onu yaxınlıqdakı xəstəxanaya aparıblar. Hadisə yerinə polis əməkdaşları sövq edilib və istintaq başladılıb.

Ağır yaralı şəkildə xəstəxanaya çatdırılan H.Hüseynov həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hüseynovun əvvələr cinayət işlədiyi məlum olub. Hadisənin intihar ya cinayət olduğu araşdırılır. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov