Xəbər lenti

İranın 15 vilayəti, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Çahar-Mahal və Bəxtiyari, Xuzistan, Simnan, Zəncan, Qəzvin, Kürdüstan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Lorestan, Mazandaran və Həmədan vilayətini qar və çovğun bürüyüb.

Bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

Onun sözlərinə görə, ötən 2 sutkada 4430 nəfərə yardım edilib, 50 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

İranın Qərbi Azərbaycan Təlim-Tərbiyə Baş İdarəsinin ictimai əlaqələr şöbəsinin müdiri Mehdi Məhəmmədpur qarın Qərbi Azərbaycan vilayətinin 4 rayonunda məktəblərin bağlanmasına səbəb olduğunu deyib.

Qar və çovğun nəticəsində Ərdəbil vilayətinin 7 şəhərində də məktəblər bağlanıb.

İranın Şərqi Azərbaycan vilayəti yolları qarının təmizlənməsi üzrə məsul şəxsi Qulamrza Rəsulzadə deyib ki, ötən gecə qar yağması nəticəsində vilayətin 600 kəndi ilə əlaqəsi kəsilmişdi. Yol idarəsi əməkdaşlarının səyi nəticəsində 200 kəndlə əlaqə bərpa edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov