Birləşmiş Ərəb Əmirlikləri Dəməşqdə diplomatik nümayəndəlik açacaq.
Bizimaz.az xəbər verir ki, bu barədə məlumatı Qərb mətbuatı yayıb. Səfirlik Dəməşqin Əbu-Rummaneh məhəlləsində açılacaq.
Qeyd edək ki, BƏƏ Suriyadakı səfirliyini 7 il öncə bağlayıb. Buna səbəb Suriyada vətəndaş müharibəsinin başlaması və BƏƏ-nin Suriya müxalifətinə dəstək verməsi olub.