Xəbər lenti


Ermənistanın Mədəniyyət və Diaspor nazirliklərinin əməkdaşları baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın siyasətinə etiraz əlaməti olaraq tətil və hökumət binasının qarşısında etiraz mitinqi keçirirlər.

Bizimaz.az xəbər verir ki, dövlət qulluqçuları Paşinyanın elan etdiyi struktur islahatları və nazirliklərin aparatında aparılacaq ixtisarlara etiraz edirlər. Yeni hökumətin planına görə, hazırda fəaliyyət göstərən 17 nazirlikdən cəmi 12-si qalacaq. Paşinyanın bu addımı büdcədə olan kəsirlərlə bağlıdır. Diaspor Nazirliyinin isə əməkdaşlarının 90 faizinin işsiz qalacağı bildirilir.

Aksiya iştirakçılarının hökumətə yazılı müraciətində qeyd olunub ki, ölkədəki yüksək səviyyədə işsizlik şəraitində dövlət qulluqçularının küçəyə atılması sosial gərginliyi artıracaq və emiqrasiya prosesini gücləndirəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov