Xəbər lenti

download
Gürcüstanın “Güc birlikdədir” müxalif birliyi dekabrın 18-dən etibarən fasiləsiz etiraz aksiyalarına başlayacaq.

 

Bizimaz.az  :“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə müxalifət liderlərindən biri, prezidentliyə keçmiş namizəd Qriqol Vaşadze mətbuat konfransında bildirib.

O, aksiyaların dinc və qanun çərçivəsində olacağını deyib: “Birləşmiş müxalifət qəti olaraq mümkün qədər qısa vaxt ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsi, seçki qanunvericiliyinin dəyişdirilməsi və seçkilərin proporsional sistem əsasında keçirilməsini tələb edir. Biz həmçinin prezident seçkilərində saxtakarlığa yol verən şəxslərin və ötən gün dinc sakinlərə hücum edənlərin cəzalandırılmasını tələb edirik”.

Q.Vaşadze növbədənkənar parlament seçkiləri təyin olunmayanadək aksiyalara bir gün belə ara verilməyəcəyini söyləyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov