Yunanıstanın paytaxtı Afinada Skai TV-nin binasında gecə saatlarında partlayış baş verib.
Axar.az xəbər verir ki, Yunanıstan polisi partlayış nəticəsində xəsarət alanın olmadığını açıqlayıb.
Polis partlayışdan 45 dəqiqə öncə “Zougla” saytı və “Antenna” televiziyasının redaksiyalarına binaya bomba yerləşdirilməsiylə bağlı xəbərdarlıq zəngi edildiyini bildirib. Hazırda bu binaların yerləşdiyi bölgələr polis tərəfindən mühasirəyə alınıb.