Xəbər lenti


Hollivudun məşhur aktyoru Leonardo Di Kaprio “Oskar” mükafatını geri qaytaracaq.

 

Bizimaz.az xəbər verir ki, buna səbəb ona “Oskar” mükafatını hədiyyə edən iş adamı Jo Lonun rüşvətxorluqda ittiham edilməsidir.

Sözügedən mükafatı Kino Sənəti və Elmləri Akademiyası 1 dollara alaraq muzeydə sərgiləyəcək.

Jo Lonun Di Kaprio, Miranda Ker və başqa məşhurlara verdiyi hədiyyələr qanunsuz yolla əldə edilmiş gəlirlə alındığına görə geri qaytarılmalıdır.

Qeyd edək ki, biznesmen Jo Lo auksionda tanınmış aktyor Marlon Brandonun “Oskar” mükafatını 600 min dollara alaraq Di Kaprioya hədiyyə etmişdi.

Xatırladaq ki, Leonardo Di Kaprio 2016-cı ildə “Sağ qalmış” filmindəki roluna görə “Oskar”a layiq görülüb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov