Xəbər lenti


Avstraliya hökuməti Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanımağa hazırlaşır.

 

Bizimaz.az xəbər verir ki, Avstraliya mətbuatı Baş nazir Skott Morrisonun və Nazirlər Kabinetinin artıq qərarı qəbul etdiyini yazıb.

Məlumata görə, sözügedən qərar dekabrın 12-də açıqlanacaq, ancaq hökumət Qüdsdə səfirlik açmayacaq. Təl-Əvivdəki səfirliyin köçürülməməsinə səbəb isə bunun təxminən 200 milyon dollara başa gəlməsidir. Avstraliya hökuməti bu xərci lazım bilməyib.

Qeyd edək ki, artıq ABŞ, Qvatemala, Çexiya, Braziliya və Honduras kimi ölkələr Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıyıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov