Xəbər lenti

silah-azeuro-1
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, dünynın top-100 nəhəng silah istehsalçısı arasında Rusiyanın 10 şirkətinin satış payı ötən il 9,5 faiz təşkil edib. Bu da dünya şirkətləri arasında Rusiyanı ikinci yerə çıxardıb.

 

Bizimaz.az bildirir ki, bu barədə sülh problemlərinin araşdırılması üzrə Stoqholm beynəlxalq institutunun (SSPABİ) hesabatında söhbət açılır. İnstitutun məlumatına görə, 2011-ci ildən başlayaraq, silahların modernləşdirilməsi proqramı çərçivəsində Rusiya şirkətləri silah satışı həcmini əhəmiyyətli dərəcədə artırıblar. Rusiyanın 10 şirkətinin ümumi satış həcmi 2017-ci ildə 8,5 faiz artıb.
S istehsal edən nəhəng sırasına şirkətlər sırasına ilk dəfə olaraq Rusiyanın «Almaz-Antey» şirkəti də daxil olub. O, 2016-cı ildəki 13-cü pillədən 10-cu pilləyə qalxıb.

Bu reytinq üzrə lider ənənəvi olaraq, Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). Onun payına ümumi satış həcminin 57 faizi düşür. Böyük Britaniya isə ikinci yerdən 3-ü pilləyə enib – satış həcmi 9,0 faiz təşkil edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov