Xəbər lenti

Potsdamdakı Alman Geoloji Tədqiqatlar Mərkəzinin alimləri İranın paytaxtı Tehranın sürətlə çökdüyünü bildiriblər.

 

Bizimaz.az xəbər verir ki, alimlər Tehranın torpaq örtüyünün peyk radarları vasitəsilə analizindən sonra bu qənaətə gəliblər. Belə ki, onlar 2003-2017-ci illər ərzində olan çökmə səviyyələrini dəyənləndiriblər.

Alimlərin fikrincə, Tehranın bir sıra rayonlarında ildə 25 santimetrlik çökmə qeydə alınır. Bu, daha çox şəhərin qərb hissəsini əhatə edir. Tehran hava limanının yaxınlığında illik çökmə 5 santimetr, Tehranın cənub-şərqində 22 santimetr təşkil edir.

Geoloqlar bu çökmənin daha çox yeraltı sulardan intensiv istifadə nəticəsində onların səviyyəsinin azalması ilə əlaqələndiriblər. Bildirilib ki, 1984-2011-ci illər arasında Tehranda yeraltı suların orta səviyyəsi 12 metr azalıb.

Alimlər çökmənin binalara zərər vurduğunu və torpağın üst təbəqəsində hərəkətlənmələrə səbəb olduğunu bildiriblər. Bunun qarşısının alınmayacağı təqdirdə şəhər infrastrukturunun ciddi şəkildə pozulacağı vurğulanıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov