Britaniya xüsusi xidmət orqanları Rusiya rəhbərliyi ilə yaxın əlaqələrdə şübhəli bildiyi 6 oliqarxa qarşı təzyiqlərini gücləndirmək niyyətindədir.
Bizimaz.az xəbər verir ki, bu barədə “Deyli Teleqraf” məlumat yayıb.
Məlumata görə, Britaniya bu oliqarxların Avropada sərbəst hərəkətlərinə mane olmağı hədəfləyib. Rəsmi Londonun təzyiqlərini gücləndirmək istədiyi 6 oliqarx Roman Abramoviç, İqor Seçin, Əlişir Usmanov, Oleq Deripaska, Arkadi Rottenberq və Boris Rottenberqdir.
Bunun Solsberi insidentinə cavab tədbirlərinin bir hissəsi olacağı bildirilib.