Xəbər lenti

\
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan məhkəməni qərarı ilə həbs edilib və Yerevandakı "Kentron” həbsxanasında saxlanılır.
 
Biziamaz.az  xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan "Azadlıq” radiosunun erməni redaksiyasına bildirib.
 
Qeyd edək ki, R.Köçəryan konstitusiya quruluşunu dəyişmək üçün başqa şəxslərlə qabaqcadan əlbir olmaqda ittiham olunur. İyulun 28-də Yerevan məhkəməsi 2008-ci ilin mart hadisələrində törədilən cinayətə görə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə dair qərar qəbul etmişdi. Sonradan Apellyasiya məhkəməsi bu qərarı ləğv etmiş və səbəb kimi Köçəryanın "toxunulmaz” şəxs olduğunu göstərmişdi. Lakin dünən eks-prezidentin vəkili onun yenidən həbs edildiyini xəbər verib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov