
“Sarı jiletlilər”in növbəti aksiyasında iştirak etmək üçün yüzlərlə insan Parisin Etual meydanına toplaşmağa başlayıb.
Bizimaz.az xəbər verir ki, insanlar Yelisey Sarayının yaxınlığında yerləşən meydana səhər saatlarından etibarən axın ediblər. Etirazçılar arasında parislilərlə yanaşı, regionlardan da gələnlər var.
Polis etiraz aksiyalarından öncə xüsusi əməliyyat keçirib və 278 nəfər nəzarətə alınıb.