Xəbər lenti


Moldova rus qazına alternativ olaraq rumın qazından istifadə edə bilər.

 

Bizimaz.az xəbər verir ki, bunu “RTR Moldova” televiziyasına müsahibəsində Moldova Baş naziri Pavel Filip deyib. Onun sözlərinə görə, rumın qazı ölkə əhalisinin tələbatını tam ödəmək qabiliyyətindədir:

“Bizim layihələrimizdən biri Avropanın, daha dəqiq desək Rumıniyanın qaz sisteminə qoşulmaqdır. 2019-cu ilin sonuna qədər rus qazına alternativimiz olacaq. Bu qaz əhalinin tələbatını tam qarşılayacaq. Doğrudur, bu layihə kifayət qədər çətindir, amma Rumıniyanın “Transqaz” şirkəti və Avropa Fondları Nazirliyi bunu maliyyələşdirməyi öhdəliyinə götürüb”.

Qeyd edək ki, bundan öncə Polşa 2022-ci ilə qədər rus qazını ABŞ-ın sıxılmış qazı ilə əvəzləyəcəyini bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov