Xəbər lenti

Radikal elementlər “sarı jiletlilər” etiraz hərəkatını Fransa hökumətini devirmək üçün vasitəyə çevirmək istəyirlər.

 

Bizimaz.az xəbər verir ki, bunu “Parisien” qəzetinə açıqlamasında Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamin Qrivo deyib.

“Aydındır ki, bu aksiyalar təşkil olunub. Siyasiləşmiş və radikal elementlər çalışır ki, bu hərəkatı vasitəyə çevirsinlər. Onlar hökuməti devirmək istəyirlər. Xüsusi xidmət orqanlarına bəllidir ki, paytaxt aksiyalarında etirazçılar arasında odlu silahlar paylanılır. Əsl sarı jiletlilər canlı qalxan ola bilməzlər. Biz hər kəsi məsuliyyətli olmağa səsləyirik” – deyə o bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov