Xəbər lenti



Roma Papası Fransisk Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəhbərinin dəvəti ilə 2019-cu ilin fevralında ilk dəfə bu ölkəyə səfər edəcək. 

 

Bizimaz/az  xəbər verir ki, bu barədə Əbu-Dabinin vəliəhd şahzadəsi özünün "Twitter” mikrobloqunda yazıb. O qeyd edib ki, BƏƏ-də sülhün, dözümlülüyün və tolerantlığın simvolu olan Papa Fransiskin tarixi səfərini səbirsizliklə gözləyirlər. Şahzadənin fikrincə, bu səfər xalqların sülh şəraitində dinc yanaşı yaşaması səyləri üzrə dialoqa şərait yaradacaq.

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum da özünün "Twitter” hesabındakı səhifəsində Roma Katolik Kilsəsi başçısının ölkəyə səfəri xəbərini məmnunluqla qarşıladığını yazıb. O qeyd edib ki, bu səfər ikitərəfli əlaqələri və qarşılıqlı anlaşmanı möhkəmlədəcək, konfessiyalararası dialoqu gücləndirəcək, xalqlar arasında sülhün dəstəklənməsinə və möhkəmlənməsinə kömək edəcək.

Bildirilir ki, BƏƏ ilə Vatikan arasında diplomatik münasibətlər 2007-ci ildə qurulub. 2010-cu ildə Hissa Al Otayban BƏƏ-nin Vatikanda ilk səfiri təyin edilib.

KİV-lərin məlumatına görə, pontifikin BƏƏ-yə səfəri fevralın 3-5-də nəzərdə tutulub. Roma Katolik Kilsəsinin başçısı "İnsanların qardaşlığı” mövzusunda keçirilən Beynəlxalq dinlərarası görüşdə iştirak edəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov