
Yaponiya sahillərində ABŞ-a məxsus F/A-18 qırıcısı təyyarəsi ilə KC-130 yanacaqdoldurma təyyarəsinin toqquşmasından sonra iki nəfər sağ tapılıb. Digər beş hərbçinin taleyi hələlik məlum deyil.
Bizimaz.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Xatırladaq ki, İvakuni bazasından havaya qalxaraq "planlı təlim uçuşu" həyata keçirən ABŞ hərbi dəniz qüvvələrinə məxsus iki hərbi təyyarə yerli vaxtla gecə saat 2 radələrində Yaponiya sahillərindən 200 mil məsafədə toqquşub.
Qəza zamanı təyyarələrin göyərtəsində yeddi nəfər olub. Hazırda hadisənin baş verdiyi rayonda axtarış-xilasetmə işləri davam etdirilir.