Xəbər lenti


“Hərbi vəziyyətə görə yalnız Ukrayna vətəndaşları işğal olunmuş Krımla inzibati sərhədi keçə bilərlər”.

Bizimaz.az  xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidməti rəhbərinin birinci müavini Vasili Servatük bildirib.

Vasili Servatük qeyd edib ki, Ukraya vətəndaşları əvvəlki kimi, dövlət sərhədini, həmçinin giriş-çıxış nöqtələrini və ətraf mühitin mühafizəsi sahəsindəki demarkasiya xəttini sərbəst şəkildə keçə bilərlər.

Onun sözlərinə görə, sərhədçilər “risk qrupuna daxil olan şəxslər”ə xüsusi diqqət yetirirlər, həmçinin nəqliyyat vasitələrini daha diqqətlə yoxlayırlar.

Bundan əvvəl Azov dənizində Rusiya ilə yaşanmış hadisə səbəbindən Ukraynada hərbi vəziyyət elan olunub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov