Xəbər lenti


Bu gün Argentinanın paytaxtı Buenos-Ayresdə “Böyük iyirmilik” (G-20) ölkələrinin liderlərinin sammiti işə başlayacaq. Zirvə görüşü dekabrın 1-də başa çatacaq.

 

Bizimaz.az: Ötən ilin dekabr ayında G-20-də sədrliyi qəbul edən Argentina Prezidenti Maurisio Makri prioritet məsələlər kimi gələcəkdə iş yerləri və məşğulluq, inkişaf üçün infrastruktur və qida sektorunda davamlı gələcək mövzularını fərqləndirib.

Sammitdə G-20 liderləri bir sıra ikitərəfli görüşlər keçirəcəklər. Ən çox diqqət çəkən görüşlərdən biri ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Tszinpin arasında olacaq.

Sammit günlərində asayişi, təqribən, 22 min argentinalı hüquq-mühafizə orqanı əməkdaşı qoruyacaq. Sammitin keçiriləcəyi “Costa Salguero” sərgi mərkəzinin ətrafındakı və nümayəndə heyətlərinin üzvlərinin qalacağı hotellərin olduğu ərazilər iki gün ərzində həm avtomobil, həm də piyadalar üçün bağll olacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov