Məcburi hicab geyinməyə etiraz etdiyi üçün həbs edilən azərbaycanlı tələbə, siyasi fəal Röya Səğiri azadlığa çıxıb.
Bizim.az Publika.aza istiadən xəbər verir ki, Təbrizin Mərkəzi Zindanında saxlanılan tələbə İran Ali Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.
24 yaşlı Röya Səğiri İran rejiminin ədalətsizlik və ayrı-seçkilik siyasətinə qarşı keçirilən aksiyalar zamanı (İranda “dey ayı etirazları” adlanır) məcburi hicaba etiraz etdiyinə görə 25 avqustda Təbrizdə saxlanmışdı.

Təbriz Mədəni Universitetinin tələbəsi “sistemin əleyhinə təbliğat aparmaq” və “sistemin əsaslarını aşağılamaq” kimi qondarma ittihamlarla 23 ay həbs cəzasına məhkum edilmişdi. Qadın haqları müdafiəçisinə qarşı irəli sürülən ittihamlardan bir digəri isə “hicabsız şəkildə ictimai yerlərə çıxmaq”dan ibarət olub.
Azərbaycanlı tələbə daha əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 8 ay və “rəhbəri təhqir etmək” ittihamı ilə 18 ay həbs cəzasına məhkum edilib, məhkəmənin bu qərarı sonralar Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.
Qeyd eədk ki, ötən il dekabr ayının sonundan bi ilin yanvar ayının ilk həftələrinə qədər İranın şəhərlərində keçirilən etiraz aksiyaları qısa müddətdə 100-dən çox şəhəri bürümüşdü. İqtisadi gərginliklə bağlı başlayan etirazlarda sonralar müxtəlif şüarlar səsləndirilmiş və bir çox tələblər irəli sürülmüşdü. Kütləvi aksiyalarda azı 25 nəfər təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olmüş, təxminən, 5 min etirazçı saxlanılmışdı. Polis əksər şəhərlərdə keçirilənaksiyalara güc tətbiq etdiyi üçün beynəlxalq qurumlar tərəfindən kəskin şəkildə pislənmişdi.