Xəbər lenti

49 yaşlı Malayziya kralı V Məhəmməd 25 yaşlı rusiyalı model, "Miss Moskva 2015" müsabiqəsinin qalibi Oksana Voyvodina ilə ailə qurub.

 

Bizimaz.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlüyün toyu “Barvikha Concert Hall”da baş tutub. Sosial şəbəkədə bəylə gəlinin nadir fotoları yayılıb. Gəlin ağ paltar geyinsə də, Malayziya kralı ənənəvi kostyumda olub. Toy mərasimində spirtli içki verilməyib, qonaqlara halal hazırlanmış yeməklər təqdim edilib.

Malayziyanın “Rakyatku News” portalının məlumatına görə, Oksana yarım il əvvəl islamı qəbul edib və Rixana müsəlman adını götürüb. Bəzi məlumatlara görə, toydan sonra o, kral titulunu daşıya bilməz, çünki bu tutulu yalnız əslən malayziyalı olanlar daşıya bilər.

Qeyd edək ki, V Məhəmməd əvvəllər kral ailəsinin təmsilçisi ilə evli olub, ancaq 2008-ci ildə boşanıb.






© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov