Xəbər lenti


İspaniyanın Milli Sikkələr və Damğalar Fabriki kral VI Filippin 50 illik yubileyi münasibətilə yeni xatirə sikkələri buraxıb. Bu silsilədən olan beş sikkənin üzərində monarxın həyatına aid əlamətdar hadisələr əks olunub.

 

Bizimaz.az xəbər verir ki, Sikkələrin avers hissəsində kralın Olimpiya Oyunlarında, Konstitusiyaya sədaqət andı içdiyi zaman, kraliça Letisiya ilə toy günü, həmçinin 2017-ci ildə Mayorkada kraliça, şahzadə Leonor və infanta Sofiya ilə istirahət vaxtı təsvirləri yer alıb.

Sikkələrin nominal dəyəri 10-400 avro arasında dəyişir. Bütün kral ailəsinin təsviri olan sikkənin nominalı 50 avrodur. Onların satışa çıxarılacaq qiymətləri isə daha yüksəkdir. Belə ki, andiçmə mərasimi təsvir olunan ən bahalı sikkənin dəyəri ƏDV-siz 1500 avro təşkil edir.

Kolleksiya üçün nəzərdə tutulan sikkələrin tərkibi qızıl və gümüşdən ibarətdir. Bundan başqa, İspaniya bayrağı təsvir edilmiş 10 avro nominalı olan sikkədə kralın Barselona Olimpiadasında ölkə yığmasının bayraqdarı qismində əksi və bütün sikkələrin reversində yer almış gerb rəngli elementləri ehtiva edir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov