Xəbər lenti


Britaniyanın Nottinqhemşir əyalətindəki tarixi Uelbek malikanəsində qorunub saxlanılan və brilyantlarla bəzədilmiş “Portlend Tiar”ı (“Portlend tacı”) oğurlanıb.

 

Bizimaz.az  “Mirror” qəzetinə istinadla xəbər verir ki, Londondakı Viktoriya və Albert Muzeyinin zərgərlik məmulatları kolleksiyası üzrə kuratoru Riçard Eckumbenin sözlərinə görə, bu qiymətli əşya Böyük Britaniyanın milli sərvəti sayılır.

O qeyd edib ki, 1902-ci ildə Lui Fransua-Kartyenin ərsəyə gətirdiyi bu sənət əsərinin üzərinə Portlend hersoqları sülaləsinə məxsus iri karatlı brilyant daşlar düzülüb. Britaniya kralı VII Edvardın tacqoyma mərasimində sülalənin altıncı hersoqunun xanımı Uinifred məhz bu tacla iştirak edib.

Qiymətli tacla yanaşı, malikanədən brilyant sancaq da oğurlanıb. Oğrular hər iki əşyanı götürərək, yerlərinə onların saxtasını qoyublar. Siqnalizasiya sisteminin işə düşməsinə rəğmən onları yaxalamaq mümkün olmayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov