İstanbulda gənc məscidin həyətində üzərinə yandırıcı maddə tökərək özünü yandırıb.
Bizimaz.az Türkiyə mediasına istinadən xəbər verir ki, ətrafdakılar əvvəlcə məscidin yanıdırılığını düşünüb, dərhal yanğınsöndürənlərə və təcili yardıma xəbər veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər bir gəncin yerdə yanmış və huşsuz halda olduğunu görüblər. Dərhal onu təcili yardım briqadasına təhvil veriblər. Yaralı şəxs ilk müdaxilədən sonra xəstəxanaya yerləşdirilib.
Polis hadisə ilə bağlı araşdırma aparır. Məhəllə sakinləri məscidin həyətinə son vaxtlar 30-35 yaşlı bir gəncin mütəmadi olaraq gəldiyini, onun narkotik istifadəçisi olduğunu deyiblər.
İddiaya görə, özünü yandıran şəxs həmin gəncdir. O, narkotik qəbul edəndən sonra belə bir addım atıb.