ABŞ prezidenti Donald Tramp Camal Qaşıqçı cinayətindən sıyrılması üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı 450 milyard dollarlıq sərmayəyə razı salmağa çalışır.
Bizimaz.az Publika.aza istinadən xəbər verir ki, bu haqda “Middle East Eye” saytında dərc olunan məqalədə bildirilir.
Saytın Marko Karnelos adlı bir əməkdaşının qələmə aldığı məqaləyə görə, Tramp şahzadə Salmanın xilası üçün 450 milyard dollar tələb edir.
“Trampın açıqlamasının alt mətnində yatan məna budur: xilas olmaq istəyirsəndə, 450 milyard dollar verəcəksən. Tramp Səudiyyə Ərəbistanı haqqında ABŞ-ın keçmiş prezidentləri tərəfindən deyilən ümumi və boş sözlərdən imtina etdi. Tramp Məhəmməd bin Salmanın Qaşıqçını öldürməsinə göz yumdu, çünki müqavilələr onun üçün daha üstündür, Səudiyyə Ərəbistanı ABŞ-dan çoxlu silah aldı və neftin qiymətlərini Amerikanın maraqlarına uyğun hala gətirdi. İnsan hüquqlarını ilə Amerikanın maraqlarını müdafiə etmək qarşı-qarşıya gələndə, Tramp ikincini seçəcək. Əslində, Trampın bəyanatı Səudiyyə Ərəbistanına göstərilən bir yoldur. Dünya təhlükəli bir yer olduğu üçün, ABŞ nə olursa-olsun Səudiyyə Ərəbistanına dəstək verməyə davam edəcək. ABŞ prezidenti bu bəyanatda Səudiyyə şahzadəsini 450 milyard dollarlıq bir sərmayəyə çağırır”, - məqalədə deyilir.
Xatırladaq ki, ABŞ prezidenti şahzadə Salmanın Qaşıqçı cinayəti barədə informasiya sahibi ola biləcəyini, lakin sanksiyaların tətbiqinə soyuq yanaşdığını bildirmişdi. ABŞ-ın İsrail və bölgədəki digər müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı davam etdirəcəyini deyən Ağ Evin başçısı Ər-Riyadla imzalanan silah razılaşmalarını diqqət çəkib.
Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanına qarşı sanksiyaların qəbul edilməsi Rusiya və Çinin maraqlarına xidmət edəcək.