ABŞ İran hökumətinə təzyiqlərini davam etdirəcək.
Bizimaz.az Axar.aza istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
“Biz ehtimal edirik ki, İran hakimiyyəti böyük təzyiq hiss edir. Onlara çox güclü təzyiq etmək fikrindəyik. ABŞ sanksiyalar rejiminin icra edilməsi üzərində nəzarətini gücləndirəcək”, – deyə o bildirib.