Xəbər lenti


ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunda qətlə yetirilən səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin məsələsini müzakirə ediblər.
Bizimaz.az: bu barədə Fransa prezidenti administrasiyasının yaydığı bəyanatda deyilir. 

Qeyd olunur ki, Birinci Dünya Müharibəsinin bitməsinin yüzilliyi ərəfində Parisdə keçirəcəkləri görüşdən öncə Makronla Tramp arasında telefon əlaqəsi baş tutub. Söhbət zamanı tərəflər Suriyadakı vəziyyəti, həmçinin, səudiyyəli jurnalist Camal Kaşoqinin faciəvi ölümünü müzakirə ediblər. Hər iki lider jurnalistin qətlinə gətirib çıxaran şərtlərdən narahat olduqlarını ifadə ediblər. 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov