Xəbər lenti


Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində girov götürdüyü şəxsləri sərbəst buraxıb. 
Bizimaz.az: NTV telekanalına istinadən xəbər verir ki, Türkiyə xüsusi xidmət orqanlarının həyata keçirdiyi yarım saatlıq əməliyyat və danışıqlar nəticəsində fərari əsgər girovları azad edərək təslim olmağa razılaşıb. 

Qeyd edək ki, bu gün Qaziantepdəki hərbi hissədən özü ilə “G3” markalı tüfəngini də götürən əsgər fərarilik edib. Sonra isə şəhərdəki ticarət mərkəzinə gələrək oranın işçilərini girov götürüb. Kimliyi açıqlanmayan əsgərin bu davranışının səbəbi hələlik məlum deyil.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov