Xəbər lenti

Ermənistan parlamentində yenə Paşinyan müzakirə olunacaq
 

Ermənistan parlamenti bu gün Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini müzakirə etmək üçün növbəti iclas keçirəcək.

 

Bizimaz.az bildirir ki, “Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, ölkə Konstitusiyasına görə, Nazirlər Kabineti rəhbərinin istefasından sonra Milli Məclis iki dəfə yeni Baş nazir seçməməlidir, bundan sonra parlament buraxılır, erkən seçkilər elan edilir.

Qeyd edək ki, erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Bunun üçün də Paşinyan 25 apreldə istefasını elan edib, ancaq Baş nazir vəzifəsini müvəqqəti davam etdirir.

Xatırladaq ki, Ermənistan parlamenti mayın 3-ü keçirilən xüsusi iclasında Nikol Paşinyanı respublikanın Baş naziri vəzifəsinə yeganə namizəd seçməyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov