ABŞ-ın Minnesota ştatında bank işçilərini girov götürən şəxs saxlanılıb.
Bu barədə WCCO radiostansiyası xəbər verib.
Qeyd olunur ki, cinayətkarla hüquq-mühafizə orqanlarının qarşıdurması səkkiz saata yaxın davam edib.
Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları yalnız beş girovun hamısının binanı tərk etməsindən sonra silahlını saxlaya bilib.
Girovların arasında xəsarət alanların olmadığı bildirilir.
Xatırladaq ki, naməlum şəxs Minessotanın Sent-Klaud şəhərində yerləşən “Wells Fargo” bankının filialına daxil olaraq insanları girov götürmüşdü.