Xəbər lenti

 

Hindistanda baş verənlər soyqırımı kimi qiymətləndirildi

 

Xəstəxanalarda koronavirus infeksiyası olan xəstələrin çox sayda ölümünə səbəb olan tibbi oksigen çatışmazlığını yerli hakimiyyət orqanlarının soyqırımı ilə müqayisə etmək olar.

NDTV-nin məlumatına görə, bu barədə Hindistanın Allahabad Yüksək Məhkəməsinin hakimləri bəyan ediblər.

“Koronavirus xəstələrinin ancaq oksigen çatışmazlığı səbəbiylə ölməsi, maye tibbi oksigenin davamlı tədarükünü təmin etmək vəzifəsi alanlar tərəfindən törədilən soyqırımıdır”, - deyə hakimlər bildirib.

“Elmin ürək transplantasiyası və beyin əməliyyatları aparacaq qədər inkişaf etdiyi dövrdə insanlarımızın belə faciəvi şəkildə həyatlarını itirməsinə necə imkan verə bilərik?” – deyə məhkəmə sədrləri əlavə ediblər.

Bundan əvvəl Delhi Yüksək Məhkəməsi ölkə hökumətini dilənmək, borc götürmək, oğurlamaq, oksigen idxal etməklə olsa belə vətəndaşların nəfəs almasına kömək edəcək bir yol tapmağa çağırmışdı.

Qeyd edək ki, Hindistanda koronavirusa yoluxma hallarının sayı gündə 300 mindən çox artır. Tibb müəssisələri kəskin oksigen və dərman çatışmazlığı yaşayır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov