Meksikanın paytaxtı Mexikoda metro körpüsünün qatarla birgə uçması nəticəsində ölənlərin sayı 20-yə yüksəlib.
“İzvestiya” nəşri xəbər verir ki, bu barədə Mexiko şəhərinin meri Klaudiya Şeynbaum məlumat verib.
O qeyd edib ki, xəsarət alanlardan 49-u xəstəxanalara yerləşdirilib. Yaralılardan yeddisinin vəziyyəti ağırdır.
09:48
Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində altı nəfər ölüb, 80 nəfər xəsarət alıb.
Bu barədə “Universal” nəşri qəza-xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, qəza paytaxtın cənub-şərqində, “Olivos” və “Tesonko” stansiyaları arasındakı ərazidə baş verib.