Xəbər lenti

 

Qırğızıstanın Leylək rayonu ərazisində yerləşən İnternatsional kənd sovetinin məclis sədri Tacikistan vətəndaşları tərəfindən girov götürülüb.

 

Bu barədə məlumatı “İnterfax” agentliyinə Qırğızıstanın Batken bölgəsinin daxili işlər orqanlarından veriblər. 

Qırğızıstan hüquq-mühafizə orqanları Tacikistanla sərhəddə vəziyyətin gərgin olaraq qaldığını bildirib.

Qırğızıstanın Batken bölgəsi başçısının müavini Marufxan Tulayev isə açıqlamasında bildirib ki, aprelin 30-da Tacikistan silahlı qüvvələri Batken bölgəsinin Qızıl-Bel kəndinə hücum edib.

“Təxminən 20 dəqiqə əvvəl Tacikistan hərbçiləri Qırğızıstan ərazisində yerləşən kəndi qumbaraatanlardan atəşə tutub. Hazırda insidentin baş verdiyi ərazidə araşdırma aparılır”, - M.Tulayev bildirib.

O əlavə edib ki, Qırğızıstanın Batken bölgəsinin Tacikistanla sərhəddə yerləşən yaşayış məntəqələrindən 20 mindən çox mülki vətəndaş təxliyə edilib.

Qeyd edək ki, Tacikistan sərhədçiləri ilə Qırğızıstan vətəndaşları arasında yaranmış qarşıdurmada ölənlərin sayı 20 nəfərə çatıb. 150 nəfərin isə xəsarət aldığı bildirilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov