Xəbər lenti

Hindistanda günlük yoluxma sayında dünya rekordu
 

 

Ötən gün ərzində Hindistanda 314 835 nəfərin koronavirusa yoluxması ilə günlük yoluxma sayında dünya üzrə rekord göstərici qeydə alınıb.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Sutka ərzində xəstəlik səbəbindən 2 104 insan ölüb.

Hindistan koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında ikinci yerdə qərarlaşıb. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 15 milyon 924 min 806 koronavirusa yoluxma faktı qeydə alınıb.

13 milyon 454 min 880 insan xəstəlikdən sağalıb, 184 min 657 insan həyatını itirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov