Rusiya Qarabağdakı silahlı münaqişənin dayandırılmasında əsas rolu oynayıb.
Bizimaz.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Şuraya müraciəti zamanı deyib.
O bildirib ki, Rusiya regional münaqişələrin tənzimlənməsində kömək göstərməyə çalışır:
"Biz artıq Suriyada vəziyyətin sabitləşməsi, Liviyada dialoqun qurulması üçün çox iş görmüşük. Bildiyiniz kimi, Rusiya Qarabağdakı silahlı münaqişənin dayandırılmasında əsas rolu oynayıb".