Xəbər lenti

Türkiyə TIR-ları həftələrdir Rusiya sərhədindən buraxılmır
 

Rusiya- Gürcüstan sərhədindəki Vladikavkaz Gömrük Qapısında Türkiyəyə məxsus yük avtomobillərinin həftələrdir buraxılmaması TIR-lardan ibarət 75 km-lik sıra yaradıb.

 

Bizimaz.az “T24”ə istinadən xəbər verir ki, Rusiya tərəfindən tranzit yavaşladığı üçün 5 gündə 4 kilometr məsafə belə gedə bilmədiklərini söyləyən sürücülər yemək və su qıtlığı yaşadıqlarını, təmizlik və yanacaq ehtiyaclarını qarşılaya bilmədiklərini qeyd ediblər.

Bildirilib ki, 4 minə yaxın yük maşını sərhəddə gözləmə vəziyyətindədir.

Sürücülərin sözlərinə görə, digər ölkələrin yük maşınları sərhəd keçid məntəqəsindən rahatlıqla keçdiyi halda Türkiyə TIR-larının keçidi gecikdirilir.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov