Xəbər lenti

 

ABŞ-ın Kolumbus şəhərində 16 yaşlı afroamerikalı Makayyu Brayantın polis zabiti tərəfindən öldürülmə anını əks etdirən video yayılıb.

 

Video “Mash” “Telegram” kanalında yayımlanıb.

İlkin məlumata görə, yerli sakinlər hüquq-mühafizə orqanlarına müraciət edərək, bıçaqla silahlanmış qaradərili bir qızın onlara hücumundan şikayətləniblər.

Hadisə yerinə gələn polis zabiti qızı güllələyib. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

10:26

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində polis zabiti 16 yaşlı afroamerikalı qızı öldürüb.

Bu barədə məlumat 10TV telekanalının “Twitter” səhifəsində dərc edilib.

Məlumata əsasən, afroamerikalı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Kolumbus şəhərinin meri Endrü Djinter insidentin kameralar tərəfindən qeydə alındığını deyib və hadisənin obyektiv araşdırılacağına söz verib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov