Xəbər lenti

Türkiyə də Rusiyaya uçuşları dayandırdı
 

Türkiyə Rusiyaya bütün aviareysləri dayandırıb.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, bu barədə Türkiyə Hava Yolları məlumat yayıb.

Aviaşirkət 15 aprel - 1 iyun tarixlərində həftədə yalnız iki dəfə xüsusi uçuşlar həyata keçirəcək.

THY öncədən bilet almış müştərilərə aviabilet mübadiləsi üçün şirkətin “qaynar xətt”i ilə əlaqə saxlamağı və ya satış ofislərinə müraciət etməyi tövsiyə edib.

Xatırladaq ki, aprelin 12-si Rusiya Türkiyə ilə avireysləri 15 apreldən 1 maya qədər dayandıracağını açıqlamışdı.

 

 

 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov